Menu

Kateqoryalar

Qaydalar

Ana Səhifə / Qaydalar

Auksionun təşkili və keçirilməsi ilə əlaqədar xidmətlərin göstərilməsi haqqında 

Qaydalar (Müqavilə-Oferta)


1.Ümumi müddәalar

1.1. Bu qaydalar (müqavilə-oferta) (bundan sonra “Qaydalar” adlandırılacaqdır), www.autoauksion.az saytı (bundan sonra “Sayt”adlandırılacaq) üzәrindә müstәsna hüquqlara sahib olan təşkilatçı (bundan sonra “Təşkilatçı” adlandırılacaq) ilә Alıcı və Satıcı qismində çıxış edən internet şәbәkәsinin istifadәçisi (bundan sonra “İstifadəçi” adlandırılacaq) arasında yaranan münasibәtlәri tәnzimlәyir.

1.2. Aşağıdakı hallarda İstifadəçi bu Qaydaların şәrtlәrini qәbul etdiyini tәsdiq edir:

1.2.1.İstifadәçinin Sayta daxil olaraq, onun imkanlarından faktiki istifadә etmәsi;

1.2.2.İstifadәçi tәrәfindәn Saytda qeydiyyat prosesinin başa çatdırılması anı;

1.2.3. Azәrbaycan Respublikasının mövcud qanunvericiliyinә vә/vә ya iş dövriyyәsinin ümumi qәbul edilmiş әnәnәlәrinә әsasәn şәrtlәrin qәbul edilmәsi kimi tәsdiq edilәn İstifadәçinin istәnilәn digәr hәrәkәtlәri.

1.3. Qaydaların 1.2-ci bəndinə uyğun olaraq, İstifadəçi bu qaydaların şərtlərini qəbul etməklə ofertanı aksept etmiş və müqaviləni imzalamış hesab edilir. İstifadəçi müqaviləni aksept edərək imzalamaqla, bu qaydalar üzrə bütün öhdəlikləri və məsuliyyəti qəbul etmiş hesab edilir.

1.4. Saytdan istifadә edәn İstifadәçi bu Qaydalarla müәyyәn edilәn bütün şәrtlәri, öhdәliklәri vә mәsuliyyәti qeyd-şәrtsiz qәbul etmiş hesab olunur. 

1.5. Bu qaydalar üzrə İstifadәçi Saytda İstifadəçi və üçüncü şәxslәr tәrәfindәn yerlәşdirilmiş reklam mәlumatlarını qəbul etmək üçün razılıq verir.

1.6. İstifadəçi Təşkilatçının saytda üçüncü şəxslər tərəfindən yerləşdirilmiş mәlumatın mәzmununu, o cümlәdәn dә müvafiq materiallarda keçidlәri ola bilәn saytları müәyyәn etmәdiyini vә bu mәlumata görә mәsuliyyәt daşımadığını anlayır vә qәbul edir.

1.7. Bu Qaydaların şәrtlәrini qәbul edәrәk, İstifadәçi, fәrdi mәlumatların qəbul, istifadə, emal edilməsinə və ötürülməsinə razılıq verir.

1.8. 18 yaşından aşağı olan fiziki şəxslər və ya dövlət qeydiyyatına alınmayan hüquqi şəxslər İstifadəçi ola bilməzlər.

1.9. Təşkilatçı, bu Qaydalara dәyişiklik etmәk hüququnu özündә saxlayır. Aşağıda hallarda İstifadəçi bu cür dəyişiklikləri qəbul etdiyini tәsdiq edir:

1.9.1.İstifadәçinin Sayta hәr sonrakı girişi (qeydiyyatdan sonra);

1.9.2.Bu dәyişikliklәrdәn sonra İstifadәçinin Saytın imkanlarından istifadә etmәsi;

1.9.3.Azәrbaycan Respublikasının mövcud qanunvericiliyinә vә/vә ya iş dövriyyәsinin ümumi qәbul edilmiş әnәnәlәrinә әsasәn dәyişikliklәrin qәbul edilmәsi kimi tәsdiq edilәn İstifadәçinin istәnilәn digәr hәrәkәtlәri.

1.10. İstifadəçi saytda yalnız bir şəxsi hesaba malik ola bilər və sui-istifadə hallarına yol verməyərək ikinci şəxsi hesabın yaradılmamasını öhdəlik olaraq qəbul edir. Bu qaydaları və qanunvericiliyin şərtlərinin pozulması ilə yaradılan şəxsi hesab qeydiyyat anından etibarsız hesab edilir, belə hesab ilə aparılan əməliyyatlar və onların nəticələri əhəmiyyətsizdir. Bu halda İstifadəçinin şəxsi hesabı ləğv edilərək sayta girişi məhdudlaşdırılır və belə hərəkət və hərəkətsizliyin nəticəsində dəymiş ziyan İstifadəçi tərəfindən Təşkilatçıya ödənilir.


2.Terminlәr/tәriflәr

2.1.Təşkilatçı - vәzifәlәrinә başqa vәzifәlәrdәn başqa texniki problemlәrin hәlli, Saytın fәaliyyәtinin dәstәyi, Saytın işindәki xәtaların düzәldilmәsi, Saytın İstifadәçisinin bu Qaydalara riayәt edilmәsi üzrә nәzarәt və auksionun təşkilini həyata keçirən _________________. 

2.2.Sayt www.autoauksion.az domeni ilə fəaliyyət göstərən sayt;

2.3.Elan – Saytda dәrc edilmiş, mal vә ya xidmәt tәklifini ehtiva edәn mәlumat. Elan tәrkibindә әlaqә vә reklam mәlumatı ola bilәr;

2.4. Mal – saytda satış məqsədilə auksiona çıxarılmış nəqliyyat vasitəsi;

2.5.İstifadәçi –Saytda şәxsi hesabı olan fiziki vә ya hüquqi şәxs. İstifadәçi hәrracda iştirak edә bilәr, malları almaq vә satmaq niyyәtini elan edә bilәr, vә bu Qaydaların şәrtlәri nәzәrә alınmaqla, Saytın digәr imkanlarından istifadә edә bilәn Alıcı və Satıcı;

2.6.Satıcı – Saytda mal satmaq niyyәti haqqında mәlumat yerlәşdirәn İstifadәçi;

2.7.Alıcı – Mәhsulu almaq niyyәtini bildirәn vә qiymәt tәklifi verәn İstifadәçi;

2.8.Auksionun Qalibi – Auksionun bitmәsi zamanı qiymәt tәklifi son vә әn yüksәk olan auksion iştirakçısı olan İstifadәçi;

2.9.Auksion – Saytın Malın yerlәşdirilmәsi vә nәzәrdәn keçirilmәsi üçün nәzәrdә tutulmuş bölümü;

2.10.Әlaqә Mәlumatı – İstifadәçinin öz mülahizәsinә әsasәn açıqladığı telefon, dәqiq fiziki ünvan, şəxsiyyətini təsdiq edən sənəddə qeyd edilən identifikasiya məlumatları haqqında mәlumat;

2.11.Reklam mәlumatı–Azәrbaycan Respublikasının qanunvericiliyi ilә icazә verilәn bütün növ reklam məlumatları;

2.12. Auksionda artırılma məbləği (addımları) - ən azı 100 (bir yüz) manat təşkil edən malın alınması üçün artırılma məbləği;

2.13. Komission xidmət haqqı – Satıcı tərəfindən saytda keçirilən auksionun nəticəsi üzrə satılan malın satış dəyərinin 1 % miqdarında auksionun Təşkilatçısına ödənilən məbləğ;

2.14. Müştəri Xidmətləri – Bazar ertəsi-şənbə günləri saat 09:00-dan 18:00-dək (055) 589 79 99 mobil telefon vasitəsilə İstifadəçilərin suallarının cavablandırılması üçün fəaliyyət göstərən xidmət;

2.15. Qiymətləndirmə - peşəkar mütəxəssis tərəfindən saytda satılan malın dəyərinin müəyyən edilməsi;

2.16. Sabit alış - Auksiona daxil olmadan malın dərhal satın alınması;

2.17. Ekspertiza hesabatı – Qiymətləndirmənin nəticələrinə uyğun olaraq, malın keyfiyyət və digər meyarlarının müəyyən edən hesabat;

2.18. Hesab – İstifadəçinin saytdan qeydiyyatdan keçərək əldə etdiyi sayt identifikasiya məlumatlarının toplusu

2.19. İlkin Satış qiyməti – İstifadəçi tərəfindən malın satılması üçün təyin edilən ilkin satış qiyməti


3. Predmet

3.1. Bu qaydalar üzrə İstifadəçi tərəfindən bu qaydalarının və qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilən məlumatların (malın alış-satışı ilə əlaqədar daxil olmaqla), Təşkilatçı bu qaydalarının və qanunvericiliyin tələblərinə uyğun olaraq, saytda yerləşdirməyi öz üzərinə götürür, İstifadəçi isə bu qaydalar üzrə nəzərdə tutulan öhdəlikləri (o cümlədən ödənişləri həyata keçirməyi) yerinə yetirməyi öz üzərinə götürür.


4. Tərəflərin hüquq və öhdəlikləri

4.1.Təşkilatçı aşağıdakı hüquqlara malikdir:

4.1.1.Mal satmaq niyyәti haqqında mәlumat da daxil olmaqla, İstifadәçilәrin istәnilәn mәlumatlarının bu Qaydalara vә Azәrbaycan Respublikasının mövcud qanunvericiliyә zidd olduğu, zidd olduğuna şübhə olduğu halda, o cümlәdәn Təşkilatçının qәrarına әsasәn digәr hallarda bu cür mәlumatların yerlәşdirilmәsindәn imtina etmәk, yerini dәyişdirmәk, dayandırmaq, sonlandırmaq vә Saytdan silmәk;

4.1.2.Bu Qaydaların tәlәblәrini nәzәrә alaraq, İstifadәçilәrin tәqdim etdiyi istәnilәn mәlumatlardan istifadә etmәk vә mәlumatları idarә etmәk; Göstәrilәn mәlumatın istifadәsi tәmәnnasız, müstәsna olmayan şәraitdә, qeyd-şərtsiz olaraq, qeyri-mәhdud müddәtdә hәyata keçirilir vә әrazi mәhdudiyyәtinә malik deyil;

4.1.3.Təşkilatçının İstifadәçinin Azәrbaycan Respublikasının mövcud qanunvericiliyinә, bu Qaydalara, vicdan vә mәntiq prinsiplәrinә, ümumi qәbul edilmiş etik normalara zidd olan fәaliyyәt göstәrdiyini (fәaliyyәt/fәaliyyәtsizlik göstәrdiyini) әsaslı olaraq hesab etmәsi halında İstifadәçinin Saytda qeydiyyatını vә/vә ya Sayta girişini müvәqqәti dayandırmaq vә ya sonlandırmaq; İstifadәçinin hәrәkәtlәrinin (fәaliyyәt vә ya fәaliyyәtsizliyinin) vicdan vә mәntiq prinsiplәrinә, ümumi qәbul edilmiş etik normalara uyğunluğunun qiymәtlәndirilmәsi haqqı müstәsna olaraq Təşkilatçıya aiddir;

4.1.4.İstifadəçi öz mülahizәsinә әsasәn, Sayt tәrәfindәn tәqdim edilәn xidmәtlәr üzrә ödәniş mәblәğini vә ya onların tәqdim edilmәsinin digәr qaydalarını (şәrtlәrini) tәtbiq etmәk, lәğv etmәk vә ya dәyişdirmәk;

4.2.Təşkilatçı aşağıdakı vəzifələri daşıyır:

4.2.1. İstifadəçi tərəfindən bu qaydaların və qanunvericiliyin tələblərinə əsasən təqdim edilən məlumatları saytda yerləşdirmək;

4.2.3. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşımaq;

4.3.İstifadəçi aşağıdakı vəzifələri daşıyır:

4.3.1. Satıcı olaraq təqdim etdiyi bütün malların keyfiyyətinə və qanunvericilikdə nəzərdə tutulan digər amillərə riayət etmək;

4.3.2. Satıcı olaraq, Auksionun nəticəsi üzrə, satılan malı auksionda qalib alıcıya təhvil vermək;

4.3.3. Satıcı olaraq, Auksionun nəticəsi üzrə, komissiyon xidmət haqqını Təşkilatçıya ödəmək;

4.3.4. Alıcı olaraq, Auksionun nəticəsi üzrə, əldə edilən malı satıcıdan təhvil almaq və həmin anda bütün ödənişləri Satıcıya ödəmək;

4.3.4. Auksionda iştirak etdikdən sonra, malı auksiondan kənar əldə etməkdən çəkinmək, belə olan halda isə təşkilatçıya hər bir halda komissiyon xidmət haqqını və dəymiş maddi/mənəvi ziyanı, zərəri tam şəkildə ödəmək;

4.3.5. Saytda yerlәşdirilmәsi nәticәsindә İstifadәçilәr arasında hәyata keçirilәn sövdәlәşmәlәrә görә Azәrbaycan Respublikasının qanunvericiliyinә әsasәn mәsuliyyәt daşımaq;

4.3.6. Saytda qeydiyat zamanı təqdim edilən məlumatların həqiqiliyinə, dürüstlüyünə görə tam məsuliyyət daşımaq və qeyri dəqiq, yalan məlumatların təqdim edilməsi nəticəsində dəymiş maddi/mənəvi ziyanı, zərəri tam şəkildə ödəmək;

4.3.7. İstifadəçilər bir birilərinə münasibətdə öhdəliklərin pozulması və yerinə yetirilməməsinə görə, Təşkilatçının hər hansı məsuliyyət daşımadığını qəbul və bəyan edirlər və Təşkilatçını belə iddialardan və dəymiş/dəyəcək zərərlərdən qorumağı öz öhdəliklərinə götürürlər; 

4.3.8. Saytın istifadәsi ilә әlaqәdar olaraq Azәrbaycan Respublikasının qanunvericiliyinin pozulmasına görә mәsuliyyәt daşımaq;

4.3.9. İstifadәçi, Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğun olmayan mәlumatın Saytda yerlәşdirilmәsi halları da daxil olmaqla, Saytdakı fәaliyyәti nәticәsindә Təşkilatçıya dәyәn zәrәr, xәrclәr vә ödәmәlәrin, o cümlәdәn dә ödәnilәn cәrimә mәblәğlәrinin, dövlәt orqanları vә mәhkәmә tәrәfindәn tәtbiq edilmiş digәr maliyyә sanksiyaların әvәzinin ödәnilmәsini öz öhdәsinә götürür;

4.3.10. Bu qaydaların və qanunvericiliyin tələblərinə tam riayət etmək və məsuliyyət daşımaq.

4.4.İstifadəçinin aşağıdakı hüquqları vardır:

4.4.1. Bu qaydaların tələblərinə uyğun olaraq, sayta daxil olaraq, qeydiyyatdan keçmək;

4.4.2. Bu qaydaların tələblərinə uyğun olaraq, saytın imkanlarından istifadə etmək;


5.Mәsuliyyәtin mәhdudlaşdırılması

5.1.Təşkilatçı aşağıdakılara görә mәsuliyyәt daşımır:

5.1.1. İstifadәçi tәrәfindәn sövdәlәşmәlәrin hәyata keçirilmәsi (yerinә yetirilmәsi) vә sövdәlәşmәlәrin hәyata keçirilmәsi nәticәsindә, o cümlәdәn dә hәr hansı İstifadәçinin qeyri-qanuni fәaliyyәtlәri nәticәsindә dәymiş zәrәr, itirilmiş mәnfәәt, gәlir, maliyyә zәrәrlәri vә ya faktiki, әlavә vә ya cәrimә zәrәrlәrinә görә;

5.1.2. İstifadәçi tәrәfindәn sövdәlәşmәlәrin hәyata keçirilmәmәsi (yerinә yetirilmәmәsi), vә sövdәlәşmәlәrin hәyata keçirilmәmәsi (yerinә yetirilmәmәsi) nәticәsindә o cümlәdәn dә hәr hansı İstifadәçinin qeyri-qanuni fәaliyyәtlәri nәticәsindә dәymiş zәrәr, itirilmiş mәnfәәt, gәlir, maliyyә zәrәrlәri vә ya faktiki, әlavә vә ya cәrimә zәrәrlәrinә görә;

5.1.3. Saytın işinin pozulması vә ya proqram xәtaları sәbәbindәn, o cümlәdәn dә üçüncü şәxslәrin hәrәkәtlәri vә fors-major hallar nәticәsindә Auksion prosesinin pozulmasına görә; avadanlığın vә proqram tәminatının işindәki texniki fasilәlәr nәticәsindә Saytın xidmәt göstәrilmәsindәki fasilәlәrә görә;

5.1.4. İstifadәçilәr tәrәfindәn Saytda istәnilәn şәkildә yerlәşdirilmiş mәlumatın Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğunluğuna görә;

5.1.5. İstifadәçilәr tәrәfindәn Saytın istifadәsi nәticәsindә hәyata keçirilә bilәcәk sövdәlәşmәlәrin mal vә xidmәtlәrinin istehlak xüsusiyyәtlәri vә keyfiyyәtinә görә;

5.1.6. İstifadәçilәr tәrәfindәn Saytda yerlәşdirilәn mәlumatın hәqiqiliyinә vә onun yerlәşdirilmәsinin qanuniliyinә görә;

5.1.7. Saytdan istifadә nәticәsindә istәnilәn mümkün formada (o cümlәdәn, hәr hansı bir şәxsә fiziki, mәnәvi vә ya maddi zәrәr) verilәn zәrәrә (ziyan) görә;

5.1.8. Saytda ola bilәcәk xarici resurslara keçidlәrin istifadәsi vә bu keçidlәrә keçmәsinә görә;

5.1.9. İstifadәçilәrin Saytda yerlәşdirdiyi mәlumatların vә digәr resurslara keçidlәrin mәzmununa görә, vә Elanların tәsvirindә göstәrilәn digәr mәlumatlara görә;

5.1.10. İstifadәçilәrin istәnilәn mәlumatların vә verilәnlәrin tәqdim etmәsi ilә bağlı әqli mülkiyyәt hüquqları da daxil olmaqla, üçüncü şәxslәrin hüquqlarının pozulmasına görә;

5.1.11. İstifadәçilәr vә/vә ya avtomatlaşdırılmış sistemlәr tәrәfindәn Saytda mәlumatların göndәrilmәsinә görә;

5.1.12. Təşkilat, İstifadәçilәrin Saytda tәqdim etdiklәri mәlumatın hәqiqiliyini yoxlamaq imkanına malik deyil;


6.Mәxfilik

6.1.Azәrbaycan Respublikasının qüvvәdә olan qanunvericiliyi ilә müәyyәn edilmiş vә hәmçinin İstifadәçi, mәlumatlarının istifadәsi vә açıqlanmasına icazә verdiyi hallar istisna olmaqla, Təşkilatçı, qeydiyyat vә rekvizitlәrinin redaktәsi zamanı İstifadәçilәrdәn alınmış mәlumatın mәxfiliyinin saxlanılmasını vә üçüncü şәxslәrә açıqlanmamasını öhdәsinә götürür.

6.2.Bu Qaydaların 6.1 maddәsindә izah edilmiş Təşkilatçının öhdәliklәri aşağıdakılara şamil edilmir:

6.2.1.İstifadәçinin lәqәbi haqqında mәlumata;

6.2.2.Sövdәlәşmәlәrin icrası üzrә danışıqların hәyata keçirilmәsi nәticәsinә İstifadәçilәrin öz mülahizәlәrinә görә digәr İstifadәçilәrә açıqladığı mәlumatlara;

6.2.3.İstifadәçilәrin öz mülahizәlәrinә görә potensial kontragentlәri üçün Saytda qeydiyyat formasının vә ya rekvizitlәrin redaktәsi formasının müvafiq sahәsinә vә ya Saytın digәr bölümlәrinә xüsusilә yerlәşdirdiklәri mәlumata;

6.2.4.İstifadәçilәrin öz mülahizәlәrinә görә, istәdiklәri hәcmdә vә dәqiqlik sәviyyәsindә Saytda göstәrdiklәri Әlaqә mәlumatına;

6.2.5.İstifadәçinin Saytda Alıcı vә ya Satıcı qismindә davranışı haqqında mәlumata, o cümlәdәn dә İstifadәçinin Saytdakı fәaliyyәtlәri vә ya digәr İstifadәçilәrlә әlaqәsi ;

6.2.6.İstifadәçinin digər hesablarının mövcudluğu haqqında mәlumata;

6.2.7.İstifadәçinin Saytda açıq şәkildә dәrc etdiyi vә ya Saytda şәxsi mesajlar vasitәsilә digәr İstifadәçilәrә ötürdüyü mәlumata;

6.2.8. İstifadəçinin fərdi identifikasiya məlumatları;

6.3.İstifadәçi, Saytın istifadәsi nәticәsindә, Saytın fәaliyyәti ilә bağlı yazışmalar vasitәsilә, vә ya sövdәlәşmәlәrin bağlanması nәticәsindә ona mәlum olan digәr İstifadәçilәr və Təşkilatçı haqqında mәlumatın mәxfiliyinin qorunmasını vә üçüncü şәxslәrә açıqlamamasını öz öhdәsinә götürür.


7.Qeydiyyat

7.1.Qeydiyyatın tәsdiq edilmәsi bu Qaydaların bütün maddәlәrinin qeyd-şәrtsiz qәbul edilmәsi anlamına gәlir.

7.2.Saytda qeydiyyat üçün İstifadәçidәn fәrdi mәlumatların tәqdim edilmәsi tәlәb olunur.

7.3. Qeydiyyat İstifadəçi tərəfindən qeydiyyat prosesi başa çatdığı andan sonra və yalnız Təşkilatçı tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.

7.4. Başqa şəxsin adından qeydiyyat prosesini həyata keçirmək qadağandır və bunun nəticəsində dəymiş ziyana görə Təşkilatçı hər hansı məsuliyyət daşımır.

7.5.Әqli mülkiyyәt hüququ da daxil olmaqla, üçüncü şәxslәrin digәr hüquqlarını pozan hesabın yaradılması qadağandır.

7.6.Avatar vә şәxsi imza qismindә aşağıda sadalananların istifadәsi qadağandır:

7.6.1.Tәrkibindә istәnilәn Әlaqә vә Kommersiya mәlumatı, digәr saytlara keçidi olan, reklam xarakteri daşıyan şәkil vә mәtnlәr (Azәrbaycan Respublikasının qanunvericiliyi ilә qadağan edilmiş malların reklamı);

7.6.2.Tәrkibindә әdәbsiz, tәhqiredici sözlәr olan, hәmçinin ümumi qәbul edilmiş әdәb qaydaları vә әxlaqa uyğun olmayan şәkil vә mәtnlәr;

7.6.3.İstifadәçilәrә, Təşkilatçıya, Saytın bütün mәzmununa vә ayrı-ayrı hissәlәrinә qarşı hörmәtsizlik ifadә edәn mәlumat.

7.7. Bir istifadəçi tәrәfindәn bir neçә hesabın istifadәsi, bir hesabın bir neçә istifadəçi tәrәfindәn istifadәsi, hesabının başqa şәxsә ötürülmәsi qadağandır.

7.8.Aşağıdakı mәqsәdlәr daxil olmaqla, lakin bununla mәhdudlaşmayaraq, istәnilәn mәqsәdlә 2-ci hesabların istifadәsi qadağandır:

7.8.1.Malın qiymәtinin süni şәkildә artırılması, digәr İstifadәçiyә mәxsus malın qiymәtinin qәsdәn azaldılması;

7.8.2.Digәr İstifadәçilәrin fәaliyyәtinә maneә yaradılması mәqsәdilә.

7.9.Ziddiyyәtli, hәqiqәtә uyğunolmayan, yanlış, alçaldıcı vә digәr mәlumatların, ümumi qәbuledilmiş әdәb qaydalarına vә әxlaqa uyğun olmayan çap materiallarının, tәsvirlәrin, vә s. yerlәşdirilmәsi yolu ilә digәr İstifadәçinin malları/xidmәti vә ya digәr İstifadәçi haqqında yanlış tәsәvvürün yaradılması mәqsәdilә hesabın istifadәsi qadağan edilir.

7.10. Mallarının qiymәtinin süni şәkildә artırılması mәqsәdilә İstifadәçilәrin әlbir olması qadağandır.

7.11. Hesab 1 il әrzindә istifadә olunmadıqda, o, Təşkilatçı tәrәfindәn silinәcәkdir.


8. Malların tәqdim edilmәsi və saytda yerləşdirilmə qaydaları

8.1. Malı tәqdim etmәklә, İstifadәçi bu mala münasibәtdә alqı-satqı da daxil olmaqla, lakin bununla mәhdudlaşmayaraq, göstәrilәn fәaliyyәtlәrin hәyata keçirilmәsi üçün bütün lazımi hüquqlara, lisenziyalara vә icazәlәrә sahib olduğunu tәsdiq edir.

8.2. Malı yerlәşdirәn İstifadәçi həmin malın səhifədə tәqdim edilmiş mәlumata uyğunluğuna zәmanәt verir.

8.3. İstifadәçi, potensial kontragentlәrә (digәr İstifadәçilәrә) sövdәlәşmәnin real şәrtlәrinin Saytdakı auksionda elan edilәn şәrtlәrdәn fәrqli olmadığına zәmanәt verir.

8.4. Qiymәt tәklifi verәrkәn, İstifadәçi Malın təsvirində qeyd edilmiş şәrtlәrlә razılaşır. Auksionun başa çatması anında qiymәt tәklifi daha yüksәk olan alıcı potensial kontragentlәrә (digәr İstifadәçilәrә) malın göstәrilәn şәrtlәrlә almaq niyyәtinin olmasına zәmanәt verir.

8.5. Malın adı informativ vә bu mal növü üçün ümumi qәbul edilmiş olmalıdır. Qeyri-informativ ada malik mallar Təşkilatçı tәrәfindәn auksiondan çıxarıla bilәr.

8.6. İstifadәçi Malı maksimal dәqiqliklә tәsvir etmәli, İstifadәçilәr tәrәfindәn bu vә ya digәr qәrarların verilmәsi üçün hәrtәrәfli mәlumat vermәlidir. Әgәr malın hәr hansı çatışmazlıqları vә ya qüsurları varsa, onları qeyd etmәk lazımdır. Qeyri-kafi tәsvirә malik mallar Təşkilatçı tәrәfindәn silinә bilәr.

8.7. İstifadәçi, tәqdim etdiyi mal haqqında hәqiqәtә uyğun vә tam mәlumat vermәli vә hәqiqәtә uyğun vә tam olmayan mәlumatların, fotoşəkillərin aşkar edilmәsi zamanı onlara dәyişiklik etmәli vә ya mallar haqqında lazımi mәlumatları әlavә etmәlidir.

8.8. Malı adı, şəkli və təsviri barədə məlumatlarda uyğun olmayan, reklam xarakterli ifadələr Təşkilatçı tərəfindən hər hansı məlumat verilmədən birtərəfli qaydada dəyişdirilə və ya ləğv edilə bilər.

8.9. Mal haqq təqdim edilən məlumatlarda yalnışlıq, şərəf və ləyaqətin pozulması, ədəbsiz, reklam və digər hallar müəyyən edilərsə, bu məlumatlar Təşkilatçı tərəfindən hər hansı məlumat verilmədən birtərəfli qaydada dəyişdirilə və ya ləğv edilə bilər.

8.10. Satıcı, ilkin qiymәt olaraq Malı satmağa hazır olduğu qiymәti göstәrmәlidir. Əks halda dəymiş maddi və mənəvi ziyana görə məsuliyyət daşıyır.

8.11. İstifadәçilәr tәrәfindәn Bu Qaydalara riayәt edilmәmәsi halında, o cümlәdәn dә aşağıda sadalanmış hallarda Təşkilatçı tərəfindən Malların auksiondan çıxarmaq/redaktә etmәk/silmәk hüququnu özündә saxlayır:

8.11.1. Mal haqqında 3-dәn artıq İstifadәçi şikayәti daxil olduğu halda;

8.11.2.Təşkilatçının mülahizәsinә әsasәn, Malın maddi dәyәri olmadığı vә şübhәli xüsusiyyәtlәrinin olduğu halda;

8.11.3. Malın təsviri və məlumatlarında orfoqrafik sәhvlәr olduğu halda.

8.12.Təşkilatçı sәbәb göstәrmәdәn Malları auksiondan çıxarmaq hüququnu özündә saxlayır.

8.13.Dövriyyәsi Azәrbaycan Respublikasının qanunvericiliyi ilә mәhdudlaşdırılmış vә ya qadağan edilmiş malların Saytda yerlәşdirilmәsi qadağan edilir.


9. Auksionun keçirilmə qaydası

9.1. Təşkilatçı, istifadəçi malın satılması niyyəti ilə çıxış etdikdə, 1-5 iş günləri arasında saytda auksionun keçirilməsinə dair elan yerləşdirir. Elanda istifadəçi tərəfindən təqdim edilən malın təsviri, ekspertiza hesabatları və ilkin satış qiyməti göstərilir.

9.2. Satıcının auksionda alıcı qismində iştirak etməsi qadağandır.Auksion keçirilən zaman satıcı tərəfindən malın auksiondan kənar satışı qadağandır.

9.3. İlkin Auksion ən azı 3 şəxs iştirak etdikdə keçirilir. Auksion istifadəçiləri auksionda artırılma məbləğlərinə uyğun olaraq addmlarlar məbləği artırmaq hüququna malikdirlər.

9.4. Ən yüksək qiymət təklif etmiş şəxs auksionun qalibi sayılır və o, 1 iş günü ərzində malın dəyərinin 5 % həcmində beh ödəməlidir.

9.5. Auksionun qalibi auksionun keçirilmə tarixindən 5 (beş) iş günü ərzində malın dəyərini tam şəkildə ödəməlidir.

9.6. Auksionu udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə Malın qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh təşkilatçının komissyon xidmət haqqına, auksionun keçirilmə xərclərinə ödənilir, yerdə qalan digər hissə isə satıcıya ödənilir.

9.7. Əgər alış qiyməti auksionu udmuş şəxs tərəfindən 9.5 və 9.6-cı maddədə göstərilən müddət ərzində ödənilməzsə malı auksionda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə təşkilatçı həmin şəxsə müraciət edir, sonuncu malı almağa yazılı razılıq verdikdə auksionun qalibi statusu qazanır

9.8. Auksionu udmuş şəxs, satıcı və təşkilatçı auksionun keçirildiyi gün və ya ən geci 1 iş günü ərzində auksionun nəticələri haqqında müqavilə imzalayırlar. Müqavilənin imzalanmasından imtina edilməsi bu qaydalar üzrə qeyd  edilən məsuliyyətə səbəb olur.

9.9. Auksionu udmuş şəxs(alıcı), satıcı və təşkilatçı arasında müqavilə imzalanan gün satıcı auksionda malın satış qiymətinə uyğun olaraq təşkilatçıya qaydalarda nəzərdə tutulan komissiyon xidmət haqqını ödəməlidir.

9.10. Hərrac başa çatdıqdan sonra satıcı satışı təsdiq edərsə 9.4. və 9.5.-ci maddələr icra edilir.


10.Məsuliyyət tədbirləri və mübahisələrin həll edilməsi qaydası

10.1.Bu Qaydaların pozulması halında, Təşkilatçı, öz mülahizәsinә әsasәn, pozanlara qarşı aşağıda sadalananları tәtbiq edә bilәr:

10.1.1.Elanın/Məlumatın silinmәsi;

10.1.2.İstifadәçinin şәxsi hesabının müvәqqәti vә ya daimi blok edilmәsi;

10.1.3.İstifadәçinin IP-ünvanının blok edilmәsi.

10.2.Tәrәflәrә (İstifadәçi vә Təşkilatçı) münasibәtdә tәtbiq edilә bilәn qanunvericilik qismindә yalnız Azәrbaycan Respublikasının qanunvericiliyi tәsdiq edilir.

10.3.Tәrәflәr (İstifadәçi vә Təşkilatçı) arasında yarana bilәcәk mübahisәlәr Azәrbaycan Respublikasının mәhkәmәlәrinin müstәsna sәlahiyyәtinә aiddir.

10.4.Bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi halda təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.

10.5.İstifadəçi Satıcı bu Müqavilənin tələblərinə riayət etməyərək komissiyon xidmət haqqını malın alqı-satqı prosesi (müqavilənin imzalandığı) günü həyata keçirmədiyi halda o, hər müddəti ötmüş günə görə 5% cərimə ödəyir.

10.6. İstifadəçi Alıcı və Satıcı bu Müqavilənin tələblərinə riayət etməyərək, auksion baş tutmuş hesab edildikdən sonra, kənarda razılaşaraq, alqı satqı etdikləri zaman, hər bir komissiyon xidmət haqqını ayrı-ayrılıqda və əlavə olaraq, dəymiş maddi/mənəvi ziyan, zərəri Təşkilatçıya ödəməlidirlər.

10.7. Aşağıdakı səbəblərdən İstifadəçi, Təşkilatçı,onun nümayəndələri, işçiləri və agentlərinə hər hansı itkilərə, hüquqi məsələlərə, öhdəliklərə, xərclərə (məhkəmə xərcləri daxil olmaqla) görə Təşkilatçıya təzminat ödəyəcək:

- Üçüncü şəxslərin Təşkilatçıya qarşı məhsulun onlara əmlak və sağlamlıqlarına (ölüm daxil olmaqla) ziyan vurduğunu iddia etdikdə;

- İstifadəçi, onun agentləri və ya işçilərinin müqavilə üzrə hərəkət və hərəkətsizlikləri;

- İstifadəçi tərəfindən öhdəliklərin yerinə yetirilməsi zamanı yaranan pozuntu və defoltlar, zəmanət pozuntusu daxil olmaqla;

10.8. İstifadəçi, Təşkilatçını,  o cümlədən rəhbərliyini, vəzifəli şəxslərini, direktorlarını, agentlərini, əməkdaşlarını, nümayəndələrini, müavinlərini və hüquqi varisləri daxil olmaqla, Xidmətlərin yerinə yetirilməsindən yaranan məhkəmə icraatından, iddialarından, qərarlarından, ittihamlarından, xərclərindən və zərərlərindən, o cümlədən, İstifadəçinin avadanlıqlarına dəymiş və dəyəcək ziyanlardan qoruyacaq və kompensasiyalar ödəyəcək. Bu bənddə göstərilən müddəalar bu Müqavilənin ləğv edilməsindən sonrada qüvvədə qalır.

10.9. Təşkilatçı, İstifadəçi tərəfindən təqdim olunmuş məlumatların mötəbərliyinə görə, həmçinin bununla əlaqədar üçüncü şəxslərin əqli mülkiyyət və s. hüquqlarının pozulmasına görə məsuliyyət daşımır.  Belə pozuntulara görə bütün məsuliyyət tam olaraq İstifadəçinin üzərinə düşür.

11. Əlavə və dəyişikliklər edilməsi qaydası və digər müddəalar

11.1. Saytın Təşkilatçı bu Qaydalara vә Qaydalara olan Әlavәlәrә dәyişiklik etmәk, әlavәlәr etmәk vә tәshih etmәk hüququnu özündә saxlayır. Dәyişikliklәr Saytda dәrc edilmәsi anından etibarәn qüvvәyә minir.

11.2. Bu qaydalar Təşkilatçı tərəfindən oferta olduğunu İstifadəçilər qəbul edir.

11.2. İstifadəçi bu qaydaların şərtlərini qəbul etməklə, ofertanı aksept etmiş və müqaviləni imzalamış hesab edilir.


@2022 QutuShop.az Bütün hüquqlar qorunur.

s

Saytı hazırladı: Start Solutions